Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ-də FTB-nin sabiq direktorunun Donald Trampa sui-qəsd çağırışı araşdırılır
ABŞ hökuməti Federal Təhqiqatlar Bürosunun (FTB) sabiq direktoru (2013-2017-ci illərdə) Ceyms Komi tərəfindən dövlət başçısı Donald Trampa qarşı ehtimal edilən sui-qəsd çağırışını araşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Məxfi Xidmətinin rəsmi nümayəndəsi Entoni Qulyelmi "X" hesabında yazıb.
"Biz mühafizə etdiyimiz şəxslər üçün potensial təhlükə sayıla biləcək hər şeyi hərtərəfli araşdırırıq. Biz FTB-nin sabiq direktoru Kominin sosial şəbəkədəki paylaşımından xəbərdarıq və bu cür bəyanatları çox ciddi qəbul edirik", - deyə E.Qulyelmi yazıb.
Öz növbəsində, ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem də Ceyms Kominin D.Trampın öldürülməsinə çağırış etdiyini qeyd edərək, hüquq mühafizə orqanlarının bu təhlükəni araşdıracaqlarını və buna uyğun cavab verəcəklərini bildirib.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- İlon Maskdan xəbərdarlıq: ABŞ müflis ola bilər
- ABŞ prezidenti: "Hər kəs təcili olaraq Tehrandan təxliyə olunsun"
- Tramp İrana nüvə sazişi ilə bağlı yeni təklif edə bilər
- Tramp G7-nin İran və İsraillə bağlı bəyanatını imzalamaqdan imtina etdi
- Zaxarova: "ABŞ Rusiya ilə diplomatik münasibətlərin normallaşması ilə bağlı görüşünü ləğv edib"