Peterburq sakini azərbaycanlı İskəndərov Fuad Ulxan oğlu dələduzluğa görə məhkəmə qarşısında cavab verəcək.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, cinayət işi üzrə materiallara əsasən, İskəndərov sevgilisinə birgə biznes qurmaq – avtoyuma açmağı təklif edib. Bu məqsədlə o, sevgilisini öz adına müxtəlif banklardan kredit götürməyə razı salıb və söz verib ki, gəliri aralarında bərabər böləcək.
Bir neçə ay ərzində İskəndərov sevgilisindən 6 bankdan götürdüyü 2.3 milyon rubl məbləğində krediti alıb. O, bütün məbləği mənimsəyib və buna görə məhkəmədə cavab verməli olacaq.