İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması və müharibə qalıqlarının təmizlənməsi prosesi fasiləsiz davam etdirilir.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən verdiyi xəbərə görə, 27 iyul - 2 avqust tarixləri arasında polis əməkdaşları tərəfindən Xankəndi, Xocalı, Şuşa və Xocavənd rayonlarının ərazilərindən böyük miqdarda silah-sursat aşkarlanıb.
"Xankəndi şəhəri ərazisindən 60 avtomat silahı, 3 pulemyot, 21 tapança, 29 tüfəng, 125 qumbara, 1 qumbaraatan, 63 alışdırıcı, 48 mərmi, 91 süngü-bıçaq, 71 rabitə vasitəsi, 34 dron bombacığı, 190 partlayıcı, 9 trotil, 17 şaşka, 34 detonator, 27 gecəgörmə cihazı, 2 dron, 2 mina, 2 partlayıcı maddə, 2 kiloqram partlayıcı, 126 kiloqram barıt, 11 fişəng, 1 stasionar radiostansiya, 3 "MUV" partladıcısı, 1 səsgücləndirici, 1 səsboğucu, 1 müşahidə kamerası, 611 patron darağı, 75 532 ədəd müxtəlifçaplı patron və digər sursatlar, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisindən 2 ədəd qumbara, Şuşa rayonu ərazisindən 1 avtomat silahı, 7 ədəd qumbara, Xocavənd rayonu ərazisindən 6 avtomat silahı, 3 tüfəng, 36 qumbara, 6 pulemyot, 1 gecəgörmə cihazı, 1 nişangah, 5 süngü-bıçaq, 12 "UZRQM", 25 patron darağı və 1 175 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi 2020-ci il sentyabrın 27-də başlayıb və 44 gün davam edib. Müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, işğal altında olan torpaqları azad olunub. Hazırda bu ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, əhalinin təhlükəsiz şəkildə doğma yurdlarına qayıtması üçün zəruri tədbirlər görülür.
Rəylər