Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Gəncədə 16 dilənçi saxlanıldı
Gəncədə dilənçilik və tüfeyli həyat tərzi keçirən 16 nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Gəncə şəhərində polis əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq sakinlərin narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.
Tədbir zamanı ümumilikdə 16 nəfər saxlanılaraq, Polis Şöbəsinə gətirilib.
Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Dəyənəkli "Polat Alemdar"lar və sayrışan işıqlar...
- İşə düzəltmək adı ilə vətəndaşların 17 min manatını ələ keçirən şəxs həbs olunub
- Nəsimidə ƏMƏLİYYAT - İranlı tərəfindən narkokuryerliyə cəlb olunan 25 yaşlı gənc ƏLƏ KEÇDİ
- Bakıda Hollivud ssenarisi: "Şirkət 128 min, "vəkil" isə 12 min manatını ƏLİNDƏN ALDI"
- Bakıda bəzi yollarda sürət həddi ENDİRİLDİ