Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qarlı havada avtoxuliqanlıq edən sürücülər həbs edildilər
Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Coşqun Məmmədov və Nuran Məmmədov idarə etdikləri avtomobil ilə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib və görüntüləri videoçəkiliş edərək sosial şəbəkələrdə paylaşıblar.
Onların barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər sürücülük hüququndan bir il müddətinə məhrum olmaqla, 15 sutka həbs ediliblər.
"Avtoxuliqanlıq" teqi üzrə xəbərlər
- Qarlı havada avtoxuliqanlıq edən sürücü həbs olundu
- Narkotikin təsiri altında olan sürücünün avtoxuliqanlıq etməsinin ANBAAN GÖRÜNTÜLƏRİ
- Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi
- Saatlıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən iki sürücü saxlanılıb
- Polisə tabe olmayan sürücü həbs edilib