Naxçıvanda yaşlı kişini döyən mühafizəçiyə hökm oxunub.
"Qaynarinfo"nun məlumatına görə, 1978-ci ildə Naxçıvan şəhərində doğulmuş, çörək zavodunda mühafizəçi işləyən Elnur Qasımov (soyad şərtidir - red.) yaşlı qonşusunu döydüyü üçün saxlanılıb.
Zərərçəkmiş Qasım adlı şəxs həyətdə domino oynayan ağsaqqallarla ayaqüstü salamlaşıb, yüksək səslə onlarla söhbət edib. Elnur yaşadığı binanın pəncərəsindən boylanaraq, "Qasım əmi, səsin gəlir, yata bilmirəm, uca səslə danışma", - deyərək ona irad tutub.
Qasım isə Elnurun iradından hiddətlənərək onun aşağı düşməsini tələb edib. Elnur yaşadığı binanın həyətinə düşüb və nəticədə onlar arasında mübahisə yaranıb. Sonuncu Qasımı döyüb.
Elnur polis tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Rəylər