Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı odlu silah-sursat saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 44 yaşlı Namiq Abbasov saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, onun yaşadığı ünvandan marixuana, eləcə də "Kalaşnikov" avtomatı, daraq və patronlar aşkarlanıb. Saxlanılan şəxs avtomatı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb
- Sürücülük hüququ olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxsin narkotik aludəçisi olduğu üzə çıxıb
- Tovuzda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI
- Bakıda narkoşəbəkənin əsas üzvləri ƏLƏ KEÇDİLƏR - Əməliyyatın GÖRÜNTÜLƏRİ
- Ötən ay 20 milyon manata yaxın narkotik dövriyyədən çıxarılıb