Krasnodar vilayətinin Armavir şəhərində cəsədləri çoxmərtəbəli yaşayış binasının liftində aşkar edilən iki biznesmenin qətlə yetirilməsinə dair cinayət işi açılıb. Naməlum şəxslərin qurbanları Moskvadan Kubana mal tədarükü ilə məşğul olan Ermənistan vətəndaşlarıdır.
Oxu.Az bu barədə DNI24-ə istinadən xəbər verir.
Qeyd edək ki, daha öncə güllələnən şəxslərin Azərbaycan vətəndaşı olmalarına dair məlumat yayılmışdı.
Lenin küçəsidə yerləşən yaşayış evlərindən birinin sakinləri həyəcan siqnalı qaldırıblar. Hadisə yerinə gələn polislər liftdə güllələnmiş iki cəsəd aşkar ediblər. Ölənlərdən biri, 1966-cı il təvəllüdlü həmin evin sakinidir. Digəri isə bir qədər cavandır, amma onun kimliyi müəyynləşdirilməyib.
Ölənləri tanıyan insanların dindirilməsindən sonra onlardan birini bu yaxınlarda iri məbləğdə pul aldığını və yeni mal üçün yola düşməyə hazırlaşdığı üzə çıxıb. Qətl ilə əlaqədar cinayət işi açılıb, istintaq aparılır.
10.01.
Kubanda liftdə qətlə yetirilmiş iki nəfərin cəsədi tapılıb.
Oxu.Az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə prokurorluqdan bildirilib.
Məlumata görə, Kubanda, Krasnodar şəhərinin mərkəzindəki yaşayış binasının liftində aşkarlanmış cəsədlər Azərbaycan vətəndaşlarına məxsusdur. Onların bədənlərində çoxsaylı güllə yaraları aşkarlanıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb və təhqiqat başlanılıb.
Xəbərdə qeyd olunur ki, öldürülənlər ticarətlə məşğul olub və Rusiyaya iş dalınca gəliblər. Hələlik öldürülmüş şəxslərin kimliyi açıqlanmır və qətlin təfərrüatları ilə bağlı geniş məlumat verilmir.
N.О.
www.oxu.az