Rusiya DİN-in Baş cinayət-axtarış şöbəsinin əməliyyatçıları moskvalı həmkarları ilə bərabər, Rusiya DİN-in “Rıs” Çevik reaksiya xüsusi bölüyünün dəstəyi ilə Moskvada iki Azərbaycan vətəndaşını saxlayıblar.
Oxu.Az Rusiya DİN-in saytına istinadən xəbər verir ki, cinayətkarlar insan oğurluğunda, zorla pul almaqda və quldur hücumlarında ittiham edilirlər.
Beləliklə, cari ilin noyabr ayının 20-də onlar paytaxt sahibkarlarından birini oğurlamağa cəhd ediblər, amma kişi fəal müqavimət göstərib və onlara niyyətlərini həyata keçirməyə mane olub. Sahibkarın pullarını ələ keçirdikdən sonra hadisə yerindən qaçıblar.
Fakt üzrə “öncədən razılaşdırılaraq bir qrup şəxs tərəfindən törədilən quldurluq” maddəsi üzrə cinayət işi açılıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində əməliyyatçılar şübhəliləri saxlayıblar, onlardan cinayət törədilən zaman istifadə etdikləri bıçaq və hadisə yerindən qaçdıqları avtomobil müsadirə edilib.
Hal-hazırda etnik mütəşəkkil cinayət qrupunun başqa cinayət işlərində iştirakı yoxlanılır.