Dünən axşam saatlarında Salyandakı “Vağzal” şadlıq evində keçirilən toyda oynamaq istəyən 52 yaşlı rayon sakini Vəliyev Bəhlul Sahib oğlunun halı pisləşib.
Oxu.Az-ın Virtualaz.org-a istinadən məlumatına görə, o, xəstəxanaya aparılarkən yolda ürəktutmasından dünyasını dəyişib.
Babazanlı yaşayış massivində yaşayan Bəhlul Vəliyev ağır ürək xəstəsi imiş və 4 dəfə infakt keçiribmiş.
E.Ə.
www.oxu.az