Bu gün Samux rayonunda özünü ov tüfəngi ilə vuraraq öldürən qızın anası intihara cəhd edib.
Oxu.Az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, özünü güllələyən 16 yaşlı Billi Ələkbərovanın anası, 1963-cü il təvəllüdlü İradə Ələkbərova qızının ölümündən sonra kimyəvi məhlul içib.
O, dərhal Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib.
Vəziyyətinin orta-ağır olduğu bildirilir.
14:15
Samux rayonunda güllələnmə faktı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, Samux sakini, 16 yaşlı qız özünü güllələyib.
O, hadisə yerində ölüb.
Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.
E.Ə.
www.oxu.az