Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Şəkidə çətənə əkən qohumlar saxlanılıblar
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan Cövhər Xəlilzadə və qohumu Sənan Hacıyev saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, onların rayonun Daşüz kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdikləri müəyyən edilib.
Həmin yerə baxış keçirilərkən çəkisi 126 kiloqram olan 397 ədəd çətənə kolu və satış məqsədilə saxladıqları iki kiloqram marixuana aşkar olunub. C.Xəlilzadə və qohumu S.Hacıyev narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qaydada qulluq göstərdiklərini bildiriblər.
Faktla bağlı Cinayət İşi başlanılıb. Məhkəmənin qərarı ilə C.Xəlilzadə və S.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin müəyyən edilərək saxlanılmaları istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Astarada 207 kiloqramdan artıq narkotik vasitə aşkar edildi
- Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu: Deputatlığa namizəd olubmuş
- Bakıda tanınmış həkim narkotacir kimi SAXLANILDI
- İrandan Azərbaycana 75 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb
- Tiktoker İlhamə Elşadqızının mənzilində axtarış zamanı 200 manat itib?