Şirvan şəhərində bir banka məxsus bankomat oğurlanıb.
Oxu.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, polisə bu gün saat 04.00 radələrində Hacı Qəhrəmanlı qəsəbəsində yerləşən bankomatın oğurlanması barədə məlumat daxil olub.
İlkin ehtimala görə, bankomatda 43 min manat olub.
Şirvan Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
E.Ə.
www.oxu.az