Sumqayıtda atası tərəfindən bıçaqlandığı iddia olunan oğlanın vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə, 1998-ci il təvəllüdlü şəxs (kişi) avqustun 30-da saat 20 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Ona qarın divarının açıq yarası diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib.
Hazırda pasiyentin müvafiq şöbədə müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, cinayət şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Təhmasib Novruzov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin atası - 1955-ci il təvəllüdlü Nadir Novruzov saxlanılıb.
Məlumata görə, ata ilə oğlu arasında ailə münaqişəsi zəminində mübahisə olub, bu zaman atanın oğlunu bıçaqladığı bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.