Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sumqayıtda dayı bacısı oğlunu bıçaqlayıb
Sumqayıtda dayı bacısı oğlunu bıçaqlayıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 41-ci məhəlləsində baş verib.
29 yaşlı İsmayıl Həsənovla dayısı 60 yaşlı Xəqani Məmmədov arasında mübahisə düşüb. Tərəflər arasında düşən münaqişə zamanı X.Məmmədov bacısı oğlunu bıçaqlayıb. Bıçaqlanan şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və cərrahi əməliyyat olunub.
Hadisəni törədən X.Məmmədov saxlanılıb. İlkin ehtimala görə, hadisə pul üstündə olub.
Faktla bağlı araşdırma aparılır.
"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- 1 saylı Sumqayıt "ASAN xidmət" fəaliyyətini qismən məhdudlaşdırıb
- Tanışını girov götürüb qayçı ilə qulağını kəsdi - Sumqayıtda DƏHŞƏT
- Sumqayıtda məktəbin yaxınlığında ağacdan asılmış meyit tapıldı
- Binadan yıxıldığı deyilən gəncin intiharına dair ŞOK İDDİA: "Ortada şantaj xarakterli bir şey var"
- Sumqayıtda bir nəfərin 95 000 manatını ələ keçirən ŞƏXS SAXLANILDI
Ən çox oxunanlar