Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Üç ilə yaxın davam edən məhkəmə başa çatdı - Türk iş adamına ağır cəza verildi
Mənimsəmədə ittiham olunaraq 2021-ci ildən məhkəməsi davam edən, Fransa vətəndaşı olan türk iş adamı Mehmet Şahanın cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun sədrliyi ilə keçirilən son prosesdə hökm elan edilib. Mehmet Şahan 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, öncəki prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, "Thales International Western Countries B.V." transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlunun 2014-21-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməsinə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək, vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.
Şahan Mehmet Mehmetali oğluna Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Rəylər