Ucarda oğurluqda şübhəli bilinən dəstənin üzvləri saxlanılıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, rayonun Xalac kənd sakini Bəxtiyar Məmmədova məxsus xırdabuynuzlu heyvanın oğurlanmasında şübhəli bilinən Ağdam rayon sakinləri, 1982-ci il təvəllüdlü Elman İsmayıl oğlu İsmayılov və qardaşı Taryel İsmayıl oğlu İsmayılov, eləcə də 1971-ci il təvəllüdlü Hamlet Şirin oğlu Muxtarov tutulub.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
İ.N