Ötən ilin payızında Ukraynanın Lvov şəhərində yol polisi əməkdaşı və üç azərbaycanlı arasında kafelərin birində mübahisə polisin amansızcasına döyülməsi ilə nəticələnib.
Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, hüquq mühafizəçisi aldığı xəsarətlərdən təcilli tibbi yardım maşınında ölüb.
Şübhəli şəxsləri polis tez həbs edib, belə ki, yerli sakinlər onları yaxşı tanıyıb. Hadisə baş verən gün polislər üç azərbaycanlını saxlayıb.
Bu yaxınlarda prokurorluq şübhəli şəxslərə qarşı ittihamı məhkəməyə göndərib. Saxlanılanlara qarşı “bir qrup şəxs tərəfindən ölümlə nəticələnən qəsdən ağır bədən xəsarəti yetirmə” maddəsi ilə cinayət işi açılıb.
Bununla yanaşı, müəyyən olunub ki, şübhəli şəxslərdən ikisi digər cinayət əməlləri - ağır bədən xəsarətləri yetirmə və hücüm da törədib.
Üç azərbaycanlının hər birini 10 ilədək azadlıqdan məhruetmə cəzası gözləyir.
www.oxu.az