Ukraynanın Xarkov vilayətinin Moskovski rayonunda Azərbaycan vətəndaşı olan iş adamına silahlı hücum olub.
Oxu.Az-ın xəbərinə görə, Xarkov Vilayəti Azərbaycanlılar Konqresinin sədri Qurban Abbasov APA-ya bildirib ki, hücuma məruz qalan şəxs 1977-ci il təvəllüdlü, əslən Azərbaycan vətəndaşı, Qusar rayonunda anadan olmuş Bədəl Gülməmmədovdur.
Maskalı və silahlı şəxslər dünən axşam radələrində B.Gülməmmədovun qarşısını kəsərək pul tələb ediblər, rədd cavabı aldıqda isə onu əllərindəki silahın qundağı ilə döyüblər.
B.Gülməmmədova ağır xəsarətlər yetirən maskalılar onun üzərində olan 45 min dolları götürərək hadisə yerindən qaçıblar.
Faktla bağlı zərərçəkənin şikayəti əsasında Xarkov polisində cinayət işi qaldırılıb.
12:41
Xarkovda silahlı cinayətkarlar azərbaycanlını qarət etdilər.
Oxu.Az “057.ua”ya istinadən xəbər verir ki, hadisə 16 iyunda Saltov yolunda baş verib.
“Hadisə haqqında məlumat bu gün Moskva polis bölməsinə saat 15.20 radələrində daxil olub. Saltov yolunda iki naməlum şəxs 47 yaşlı şəxsə silah tətbiq etməklə hədələyərək 30 min dollar məbləğində pulunu ələ keçiriblər”, - Xarkov vilayətinin Milli Polis Baş İdarəsindən bildiriblər.
“057.ua”ya bildiridiyinə görə, qarət olunan şəxs Azərbaycan vətəndaşıdır, cinayətkarlar rezin güllələri olan tapançadan havaya atəş açıblar.
Moskva şöbəsində cinayətkarlara qarşı Ukrayna Cinayət Məcəlləsinin “quldurluq” maddəsi üzrə cinayət işi açılıb.