Xaçmazda baş verən bıçaqlanma hadisəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 22-i, saat 11:00-da 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Ona döş qəfəsinin ön səthinin, bel və sağ sağrı nahiyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları, bədənin çoxsaylı sıyrılmış yaraları diaqnozu təyin olunub. Xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
Xaçmazda bıçaqlanan 2008-ci il təvəllüdlü E.Şıxbabayevin Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi olduğu məlum olub.
Oxu.Az xəbər verir ki, onu bıçaqlamaqda şübhəli bilinən tələbə yoldaşı E.Mirzəyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xaçmaz rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən təhsil müəssisələrinin birində qeydə alınıb.
İlkin məlumata əsasən, tələbələr arasında qəpiyə görə yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Hadisə nəticəsində rayonun Yalama kənd sakini, 2008-ci il təvəllüdlü E.Şıxbabayev çoxsaylı kesilmiş-deşilmiş xəsarətlər alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov