Xaçmazda dəhşətli qətl törədilib.
Oxu.Az-ın xəbər verir ki, rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Uzunoba kəndində qeydə alınıb.
Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.
Hadisəni törədən M.Adıgözəlov saxlanılıb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.