Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Xanıma 353 min manat pul "atan" bələdiyyə sədrinə yeni cinayət işi açıldı
Dələduzluqda təqsirləndirilən Məhəmmədli kəndinin bələdiyyə sədri olmuş Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəməyə şahidlər gəlməyib. Bu səbəbdən məhkəmə oktyabrın 3-nə təxirə salınıb.
Məhkəmədə o da məlum olub ki, sabiq bələdiyyə sədri barəsində yeni cinayət işi də açılıb. O, yenə də dələduzluqda təqsirləndirilir. Onun barəsində açılan cinayət işi üzrə istintaq başa çataraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, bələdiyyə sədri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa yüz min manat miqdarında maddi ziyan vurmaqda, pullarını mənimsəyərək ələ keçirməsi olub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.
Bələdiyyə sədrinin əməllərindən zərər çəkdiyini deyənlər arasında xanım iş adamı Ülviyyə Abdalova da var.
Ü.Abdalova V.Nəbiyevin ondan 353 min 300 manat aldığını və bunun üçün də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə müraciət etdiyini bildirib.
"Bakı" teqi üzrə xəbərlər
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı