Yasamal RPİ-nin inzibati binasında intihar faktı qeydə alınıb.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, dünən axşam saatlarında təqsirləndirilən şəxs özünü idarənin 4-cü mərtəbəsindən aşağı atıb.
Kəllə-beyin travması və bədənin çoxsaylı sınıq xəsarətləri aldığından onu polis əməkdaşları xəstəxanaya çatdırıblar.
Araşdırmalar nəticəsində məlum olub ki, intihara cəhd edən şəxs Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunan Astara rayon sakini Zamin Mirzəyevdir.
Onun üzərindən 906,407 qram tiryək aşkarlanıb. İdarənin növbətçi hissəsindən şəxsin tutulduğunu desələr də, intihar faktı ilə bağlı heç nə deyə bilməyəcəklərini söyləyiblər.
Təqsirləndirilən şəxs müstəntiqə otaqda ifadə verərkən qəflətən ayağa durub və pəncərəyə yaxınlaşaraq, özünü atıb. Hazırda şəxsin Musa Nağıyev adına Təcili Tibbi yardım Xəstəxanasının reanimasiya şöbəsində polis nəzarəti altında müalicə aldığı bildirilir.