Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub
Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib.
Oxu.Az xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən "Ford" markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü P.Məhərrəmova "saxla" işarəsi verilib.
Araşdırma zamanı onun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi aşkarlanıb.
Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, P.Məhərrəmov 15 gün müddətinə inzibati qaydada həbs olunub.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Siyəzən polisindən növbəti əməliyyat: Külli miqdarda narkotik vasitə aşkarlandı
- Masallı sakinindən 10 kiloqram narkotik vasitə aşkarlanıb
- Baş Narkotiklərlə Mübarizə İdarəsinin ƏMƏLİYYATI - İrandan göndərilən 32 kq narkotik aşkarlandı
- Filippinin sabiq prezidenti həbs edildikdən sonra Haaqaya uçdu
- İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıblar
Ən çox oxunanlar