Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qarabağdakı keçmiş separatçı rejimin sabiq "ordu" rəhbərinin həbs müddəti uzadılıb
İrəvan məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin "silahlı qüvvələr"inin sabiq rəhbəri Mikael Arzumanyanın həbs müddətini yenidən uzadıb.
Oxu.Az-ın erməni KİV-inə istinadən məlumatına görə, bu barədə Ermənistanın Ali Məhkəmə Şurası məlumat verib.
Qeyd olunur ki, həbs müddəti üç ay uzadılıb.
O, 2022-ci ilin avqustundan həbsdədir, cinayət işi isə 2023-cü ildə məhkəməyə göndərilib. Bu müddət ərzində şahidlərin bir qismi artıq dindirilib.
"Qarabağ separatçıları" teqi üzrə xəbərlər
Ən çox oxunanlar