Bakıda yük maşını qəza törədib.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nobel prospektində baş verib.
“Shacman” markalı yük maşını idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.
Hadisə nəticəsində yolda böyük tıxac yaranıb.
Qəzaya səbəb kimi qeyri-sabit hava şəraiti göstərilir. Sürücünün xəsarət aldığı bildirilir.
Hazırda yük maşınının ərazidən götürülməsi üçün əraziyə qaldırıcı kran cəlb olunub. Tıxacın aradan qaldırılması istiqamətində iş gedir.
A.M.