Paytaxtın Nizami rayonunda yerləşən köhnə avtomobil bazarına giriş-çıxış üçün sürücülərdən pul alınır.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, avtomobil bazarında dayanacağın ödənişli olub-olmamasını əks etdirən heç bir nişan yoxdur.
Bununla belə sürücülər bazara giriş-çıxış üçün 1 manat ödəyirlər. Onlara qəbz də verilmir.
Bazar rəhbərliyi bu məsələ ilə bağlı mövqe bildirməkdən imtina edib.
S.B.
www.oxu.az