Azərbaycanlı mühəndislər insansız uça bilən yeni təyyarə düzəldiblər.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, azərbaycanlı mühəndislər tərəfindən düzəldilən və eyni vaxtda 80 dəqiqə havada qala bilən təyyarə, rekordlar kitabına girməyə hazırlaşır.
Praktiki olaraq mini həcmli təyyarələrdə bu vaxta qədər ən çox havada qala biləni 60 dəqiqədir. Xüsusi optimizasiyalar ilə 80 dəqiqə havada qala bilən Bayquş, eyni vaxtda canlı görüntü və 3D xəritə çıxartma funksiyaları ilə bazara çıxmaq istəyir. Hələ ki, yerli investor tapa bilməyən layihə, xarici investorlar tərəfindən diqqətdə saxlanılır.