Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakı-Şamaxı yolu çöküb – YENİLƏNİB
Ötən gün axşam saatlarında yağan güclü yağış nəticəsində Bakı-Şamaxı avtomobil yolunun 80-ci kilometrlik ərazisinə, Ceyrankeçməz dərəsi adlanan hissəsinə dağlıq ərazilərdən gələn güclü sel suları özü ilə bərabər daş və palçıq qatı gətirərək yolun müvəqqəti bağlanmasına səbəb olub.
“Azəravtoyol” ASC-nin Mətbuat katibliyinin rəisi Anar Nəcəfli Oxu.Az-a bildirib ki, əraziyə dərhal adıçəkilən dövlət müəssisəsinin canlı qüvvəsi və ağır texnikası cəlb olunub.
“Aparılan işlər nəticəsində qısa müddət ərzində palçıq qatı yoldan təmizlənərək avtomobillərin hərəkəti bərpa olunub”, - deyə o qeyd edib.
A.Nəcəfli əlavə edib ki, təbii fəlakət zamanı sözügedən ərazidə yolun altından keçən iki ədəd suötürücü borudan birində çökmə baş verib:
“Nəticədə yolun hərəkət hissəsində 5 metr enində 30-40 santimetr dərinlikdə çökmə ərazisi yaranıb, yolun kənarlarında olan torpaq qatı yuyulub. Ərazidə olan avtomobil körpüsünə ziyan dəyməsə də, sutənzimləyici qurğuların müəyyən hissəsi sel sularından ziyan görüb”.
Qurum rəsmisi onu da bildirib ki, hazırda ərazidə əməkdaşlarımız tərəfindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmur.
01.06.2017 (23:19)
Bu gün axşam saatlarında yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları Qobustan rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatın hərəkətini dayandırıb.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, sel suları Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsi adlanan əraziyə toplanaraq, orada gölün əmələ gəlməsinə və nəticədə magistral yolun bağlanmasına səbəb olub.
Çökək ərazidən keçən yol və oradakı körpünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün avtomobillərin hərəkəti tam məhdudlaşıb. Sel suları körpüyə ziyan vurub. Yol bir neçə saat bağlı qaldığı üçün Bakıdan Şamaxı istiqamətinə və əks tərəfə gedən 500-dən çox avtomobil yolda qalıb. Suda və lilin içində batıb qalan minik avtomobilləri xilas edilib. Əraziyə ağır texnikalar cəlb edilib, Ceyrankeçməz çayının yatağı lildən təmizlənib və sel sularının başqa əraziyə axıdılması təmin edilib.
Hazırda yol polisi əməkdaşları tərəfindən ərazidə avtomobillərin hərəkətinin bərpası üçün işlər davam etdirilir.
S.B.
www.oxu.az
"Anar Nəcəfli" teqi üzrə xəbərlər
- Həm sürücülərin, həm sərnişinlərin şikayət etdiyi beynəlxalq magistral - ARAŞDIRMA
- Paytaxtın məşhur bazarında söküntü işlərinə BAŞLANILDI
- Tovuz sakinləri TƏHLÜKƏDƏ: 45 ildir qəzalı vəziyyətdə olan körpü UÇDU
- Bakının mərkəzində yeni təmirdən çıxan küçə yenidən qazılır
- Bakıda inşa edilən unikal piyada körpüsündə işlər nə yerdədir? - AÇIQLAMA