Curiosity tərəfindən çəkilən şəkillərdə internet istifadəçiləri yenidən onlara tanış olan əşyaları görə biliblər.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə şəkillərdə tutqun qadın fiqurunu görmək mümkün olub.
İstifadəçilər yenidən NASA-nı şəkildə görünən qadın barədə izahat üçün “atəşə tutublar”.
Qeyd edək ki, ufoloqlar hələ ki, canlı qadın və ya heykəl gördüklərini qərara almayıblar: miqyasa görə, fiqur 8-10 sm hündürlüyündədir.
Amma NUO tədqiqatçıları üçün qadın fiquru aydındır: onun büstü, zərif əlləri və uzun saçları görünür. Ufoloqlar hesab edirlər ki, o, bitmək bilməyən araşdırmalarını aparan “maraqlı” Mars müşahidəçisini izləyirdi.
Amma astrofizikaçılar bu qəbildən olan sensasiyalara “skeptik” yanaşırlar. Onlar əmindirlər ki, NUO və Yer kürəsindən kənarda olan sivilizasiya pərəstişkarları yenidən optik illüziyaya aldanıblar. Onların beyni işıq və kölgənin oyununun qurbanı olublar. Qeyd edək ki, buna qədər ufoloqlar Marsda uçan kürə və nəhəng krab görmüşdülər.