İsveçin Bazel şəhərinin küçələrində videoblogerlərdən ibarət komanda bir müddətlik pokemona çevrilərək insan “ovuna” çıxıblar.
Oxu.Az xəbər verir ki, video YouTube-da yerləşdirilib.
Kadrlarda videoblogerlər Pikaçu kostyumunda yoldan keçənləri nəhəng pokebollarla vurublar.
Onlar insanları müxtəlif məkanlarda “ovlayıblar”: sahildə, fəvvarənin yanında, parkda. Böyük şarın zərbəsinə insanların reaksiyası əsasən pozitiv olub. Amma bir dəfə sarı ovçular qəzəbli qurbanın əlindən qaçaraq qutarmalı olublar.
Müəlliflər zarafatlarını insanların pokemonları öz smartfonları ilə yaxaladıqları “Pokemon GO” oyunu üçün “revanş” adlandırıblar.