Həyat sığortası üzrə ixtisaslaşan Tayland şirkəti “Naməlum qəhrəman” adında qeyri-adi videoçarx çəkib.
Oxu.Az xəbər verir ki, Youtube-a yerləşdirilən videoya bir neçə gün ərzində milyon dəfədən çox baxılıb.
Videoçarx: “Niyə bəzi insanların pulu çoxdur, amma onlar xoşbəxt deyillər? Bu klip cavab deyil. Amma o sizə cavabı tapmaq üçün nə isə etməyə yardım edə bilər” mətni ilə müşayiət edilir.
3 dəqiqə ərzində cavan adam çətin vəziyyətə düşmüş insanlara yardım edir. Naməlum qəhrəman yaşlı qadına arabasını yolun o biri üzünə keçirməyə yardım edir, sonra demək olar ki, axırıncı pulunu balaca qızın məktəbə getməsi üçün verir, bu zaman ətrafdakılar başını narazı halda bulayırlar. Kadr arxası səs cavan adamın bunları anonim etdiyini söyləyir. “O, bununla varlanmayacaq. Onu televizor ekranlarında göstərməyəcəklər. O, məşhur olmayacaq”.
Çarxda təmənnasız edilən, amma əvəzində sözlə ifadə edilməyəcək hərəkətlər göstərilib.
“O, xoşbəxtliyin şahidi olur, dərin anlayışla qarşılaşır, məhəbbəti hiss edir. O, pul ilə alınmayacaqları əldə edir – dünya gözəlləşir”, mətndə deyilir.
Elvin Əhmədov
www.oxu.az