Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” yeni remeyk olunmuş məşhur filmin nümayişlərinə başlayır.
Oxu.Az xəbər verir ki, kinoteatrda may ayının 15-də mövsümün ən gözlənilən filmlərindən olan yeni “Qodzilla” filminin nümayişi olacaq.
Məşhur “Toxo” Qodzillanın yenidən qayıdışı. Meqapolisi dəhşətə gətirən, nəhəng məxluq haqqında klassik filmin remeyki. Yeni filmdə bəşəriyyət alimlərin saymazlıqları ücbatından dəhşətli əjdaha və digər qorxulu məxluqlar ilə üz-üzə qalır.
Filmin rejissoru Qaret Edvardsın sözlərinə görə, filmin əsas mövzusu insan ilə təbiətin mübarizəsidir və Qodzilla burada təbiətin bir hissəsidir. Bu mübarizədə qalib gəlmək mümkün deyil. Təbiət hər zaman qalib olacaq və məhz bu filmin daxili mənasını təşkil edir.
Film ABŞ istehsalıdır. Filmdə Ayron Teylor-Conson, Ken Vatanabe, Elizabet Uolsen, Salli Xokins və Culyet Binoş kimi məşhurlar rol alıb.
Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir.
“28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.