Dünya şöhrətli amerikalı aktrisa Ancelina Colinin rejissoru olduğu “Onlar birinci atamı öldürdülər” filminin treyleri yayımlanıb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, A.Colinin yeni filmi kambocalı yazıçı Lunq Anqın həyatından bəhs edir və yazıçının “qırmızı kxmerlər” rejimi haqqında xatirələri əsasında ekranlaşdırılıb.
Aktrisa onunla 2002-ci ildə Kambocaya səfəri zamanı tanış olub, lakin yazıçı barəsində film çəkmək ideyası haqqında çox gec qərara gəlib.
A.S.
www.oxu.az