Moskva şəhəri yaxınlığındakı Alabino hərbi poliqonunda yaradılmış “Dostluq Evi”ndə “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edən dövlətlərin nümayəndələri öz ölkələrinin mədəniyyət nümunələrini nümayiş etdiriblər.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Beynəlxalq oyunlarda iştirak edən nümayəndələr və qonaqlar sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olmaq imkanı əldə ediblər.
A.M.