Azərbaycanın premium kinoteatrı “CinemaPlus” “Dəniz kənarında” melodramının nümayişinə başlayıb.
Ailə münaqişələri, davalar və göz yaşları, 70-ci illərin estetikası və Fransız Rivyerasının mənzərələri: Film üçün bu ssenarini Coli özü yazıb, o həmçinin filmin rejissoru kimi də çıxış edib. Ancelina öz rejissor karyerasında artıq kinorejissorlar Gildiyasının mükafatını alıb.
Filmdə Ancelina Coli və Bred Pittdən başqa, Melani Loran, Melvil Pupo və Nils Arestrup iştirak ediblər.
Keçmiş rəqqasə Vanessa və onun əri, amerikalı yazıçı Roland ölkəni səyahət edir. Baxmayaraq ki, vaxt keçdikcə onlar bir-birindən uzaqlaşırlar. Lakin bir dənizkənarı şəhərcik hər şeyi dəyişir...
