Aktyor Elnur Kərimovda ilan zəhərlənməsi təsdiqlənməyib.
Bu məlumatı Oxu.Az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd deyib.
"İyulun 24-də 1981-ci il təvəllüdlü şəxs (kişi) ilan sancması şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə qəbul edilib. Aparılan müayinələr nəticəsində şəxsdə ilan zəhərlənməsi təsdiqlənməyib. Vətəndaş ambulator müalicə üçün evə buraxılıb", - deyə R.Məmməd bildirib.
Ötən gün ilan sancması səbəbindən xəstəxanaya aparılan Əməkdar artist Elnur Kərimovun vəziyyəti məlum olub.
Gənc Tamaşaçılar teatrının mətbuat katibi Samirə Əşrəf Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə aktyor bağda istirahət edən zaman baş verib.

"Qohumlarının bağında istirahət edərkən Elnuru ilan sancıb. Xəstəxanaya aparıblar, ilkin müayinədən keçib və evə buraxılıb. Hazırda vəziyyəti yaxşıdır, evdə istirahət edir", - deyə S.Əşrəf deyib.
Qeyd edək ki, aktyor özü də sosial şəbəkə hesabında xəstəxanada olmasını əks etdirən paylaşım edib.
E.Kərimovun özü ilə əlaqə saxlamaq mümkün olmayıb.

