Xəbər verdiyimiz kimi, uzun müddətdir gözlənilən “Kurtlar Vadisi Vatan” filmi sentyabrın 29-da Türkiyədə kinoteatrlarda nümayiş olunacaq.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, filmdə Polat Alemdar obrazını canlandıran aktyor Necati Şaşmaz adıçəkilən filmdən sonra izləyiciləri “Kurtlar Vadisi Kaos” adlı yeni ekran əsəri ilə sevindirəcəklərini bildirib.
O, yeni serialın 2018-ci ildə nümayiş olunacağını söyləyib.
Aytən Sadıqzadə
www.oxu.az