“YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudovanın əl işi xidmət mərkəzində sərgilənəcək. “ASAN Xidmət”ə gələn vətəndaşlar həmin işlərlə tanış ola bilərlər.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə “ASAN Xidmət” Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, “YARAT!” Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova mədəniyyət və incəsənət üzrə aparıcı saytlardan olan “The Culture Trip”in dərc etdiyi Mərkəzi Asiya və Qafqaz regionunun incəsənət sahəsində ən nüfuzlu qadınlarının siyahısına daxil olub.
Aida Mahmudova Azərbaycanın müasir incəsənətinə milli və beynəlxalq səviyyədə dəstək göstərmək məqsədilə 2011-ci ildə “YARAT!” təşkilatının əsasını qoyub.
