Azərbaycanın Xalq şairi, hazırda İsraildə xərçəng xəstəliyindən müalicə olunan Vaqif Səmədoğlu yeni şeir qələmə alıb.
Oxu.Az xəbər verir ki, şair şəxsi Facebook səhifəsində Allaha müraciət etdiyi bir şeir paylaşıb.
Həmin şeiri sizə təqdim edirik:
Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?
İki gün əvvəl isə Xalq şairinin İsraildə son çəkilmiş foto şəkilləri paylaşılıb.
Aytən Sadıqzadə
www.oxu.az