Böyük Britaniyanın BBC radiosu XXI əsrin ən yaxşı 100 filminin siyahısını təqdim edib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 36 ölkədən olan 177 kinotənqidçi arasında aparılan sorğu nəticəsində Devid Linçin 2001-ci ildə ekranlaşdırdığı “Mulholland Driver” filmi birinci yeri tutub.
Siyahıda ikinci yerdə Vonq Karvayın 2000-ci ildə çəkdiyi “İn the Mood for Love” filmi, 3-cü yerdə isə Pol Tomas Andersonun 2007-ci ildə ekranlaşdırdığı “There Will Be Blood” filmi qərarlaşıb.
Rusiyalı rejissor Andrey Zvyaqinsevin 2014-ci çəkdiyi “Leviafan” filmi siyahıda 47-ci, 2003-cü ildə ekranlaşdırdığı “Qayıdış” filmi isə 80-ci sırada yer alıb.
XXI əsrin ən yaxşı 100 filmi siyahısında 53-cü yerin sahibi məşhur türk rejissoru Nuri Bilgə Ceylanın çəkdiyi “Bir zamanlar Anadoluda” filmi olub.