Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) artilleriyaçıları “Ən yaxşı reaktiv artilleriya divizionu” adı uğrunda yarışda iştirak edirlər.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Plana uyğun olaraq, hava kəşfiyyatı vasitələri ilə təchiz edilmiş reaktiv artilleriya divizionları şərti düşmən müdafiəsinin taktiki və əməliyyat dərinliyində mərhələlər üzrə tapşırıqları yerinə yetirirlər.