Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan Türkiyədə beynəlxalq hərbi təlimlərdə iştirak edəcək
Azərbaycan Türkiyə tərəfinin Egey dənizində təşkil etdiyi “Mavi Vatan” adlı beynəlxalq hərbi təlimlərdə iştirak edəcək.
Aydinlik.com xəbər verir ki, hərbi dəniz təlimlərinə Bosniya və Herseqovina, Qətər, Almaniya, İtaliya da daxil olmaqla, 15 ölkə qatılacaq.
27 fevral-3 mart tarixində keçiriləcək hərbi təlimlərdə 251 hərbi qulluqçunun iştirakı gözlənilir. Təlimlər 462 min kilometrlik ərazini əhatə edəcək.
Türkiyə nəşrləri “Mavi Vatan-2019” hərbi təlimlərini bir müddətdir Ağdənizdə hərbi təlim keçən Misir, Yunanıstan, İsrail, Şİmali Kiprə qarşı güc nümayişi kimi qiymətləndirirlər.
İlhamə Rəsulova
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər