İyulun 8-də Azərbaycanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, tərəflər Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.