Bu gecə saat 4:00-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Xocalı Soyqırımının 23-cü ildönümünə həsr olunmuş yürüş keçirilib.
Fonddan Oxu.Az-a verilən məlumata əsasən, yürüş “Ana Fəryadı” abidəsinin qarşısından Dənizkənarı Milli Parkadək davam edib.
Yürüşdə 4 minə yaxın gənc iştirak edib. “Ana Fəryadı” abidəsinin önündə yüzlərlə şam yandırılıb.
Aksiya Xocalıda kütləvi qətliamın qurbanlarının xatirəsinə 613 səma fanarının havaya buraxılması ilə başa çatıb.