Parlament Jurnalistləri Birliyinin təşkilatçılığı ilə bir qrup Kəlbəcər sakininin Kəlbəcərə səfəri baş tutub.
Oxu.Az-ın məlumatına əsasən, səfərdə iştirak edənlər Kəlbəcərin Şəhidlər kompleksini ziyarət ediblər.
Onlar kompleksə əklil qoyublar.
Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitan Abbasov Əziz saytımıza deyib ki, müzəffər Ordumuzla fəxr edir.
O bildirib ki, Birinci Qarabağ müharibəsində dostları şəhid olublar.
“Bu gün isə onların qisası alınıb. Şəhidlərimizin ruhu şaddır. Dövlətimizlə, Ordumuzla fəxr edirəm”, - deyə o əlavə edib.







09:19
Parlament Jurnalistlər Birliyinin təşkilatçılığı ilə Kəlbəcərin bir qrup sakininin ata-baba yurduna səfəri baş tutub.
Oxu.Az xəbər verir ki, səfərdə məqsəd yaşlı nəsil vasitəsilə bu bölgə haqqında dolğun məlumatlar əldə edərək gənc nəslə ötürülməsini təmin etməkdir.
Media nümayəndələrinin iştirak etdikləri səfərdə onlar Kəlbəcərin bir neçə istiqamətində müxtəlif kəndləri, rayon mərkəzini, erməni vandalları tərəfindən dağıdılmış mədəniyyət abidələrini, eyni zamanda Şəhidlər xiyabanını ziyarət edəcəklər.
