BMT Rusiyanın 2016-cı ildə silah satdığı ölkələrin adını açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, beynəlxalq təşkilatın açıqladığı siyahıda müxtəlif ölkələrin, eləcə də Ermənistanın adı yer alıb.
BMT-nin adi silahlar haqqında qeydiyyatına əsasən, Rusiya bu ölkələrə “Smerç”, “TOC-1A” ağır reaktiv artilleriya sistemləri, “Konkurs –M” tankəleyhinə raketlərlə yanaşı 300 ədəd zenit-raket kompleksi satıb.
Ermənistan tərəfi bir müddət əvvəl Rusiya hərbi sənayesinin ən son nailiyyətlərindən olan “Verba” və “İqla-S” zenit-raket komplekslərini aldığını açıqlamışdı.
Z.Q.
www.oxu.az