Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Eliud Emeri: “Ermənistanın metallurgiya zavodu tikməsi regionun ekologiyasına mənfi təsir göstərəcək”
“Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Ermənistanın Arazdəyən kəndində iri metallurgiya zavodunun tikintisi bütün regionun ekologiyasına mənfi təsir göstərəcək”.
Bunu ”Report”a açıqlamasında Keniyanın ətraf mühitin mühafizəsi üzrə “Consortium of Grassroots” qeyri-hökumət təşkilatının (QHT) prezidenti Eliud Emeri deyib.
Onun sözlərinə görə, illik istehsal gücü 180 min ton olan metallurgiya zavodunun tikintisi ekoloji standartlara və beynəlxalq konvensiyalara zidd olaraq həyata keçirilir.
“Arazdəyən metallurgiya zavodunun tikintisi qəbul edilmiş beynəlxalq standartlara zidd olan sərmayə qoyuluşudur. Buna misal olaraq Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) səkkiz fəaliyyət standartını göstərmək olar ki, bu da investisiyaların ekoloji və sosial dayanıqlığına dair tələbləri aydın şəkildə müəyyən edir. Hər bir sərmayə layihə müddətində ekoloji tələblərə riayət olunmasını təmin etməlidir”, - deyə Emeri bildirib.
O, həmçinin vurğulayıb ki, zavoddan tullantıların axıdılması bütün regionun bitki və canlı aləmi üçün bərpa olunmaz fəsadlara səbəb ola bilər.
“Bizim narahatlığımız ondan ibarətdir ki, Azərbaycan və Ermənistan xalqları bu prosesə tam cəlb olunmayıb və bu, əhəmiyyətli qarşılıqlı fəaliyyətin olmaması ilə nəticələnib. Bu, o deməkdir ki, əvvəlcədən razılıq alınmayıb, bu isə IFC-nin oxşar investisiyalar həyata keçirən bütün transmilli şirkətlərdən tələb olunan birinci standartıdır. Bu layihə regionun flora və faunasına ciddi zərər vuracaq, belə ki, karbon emissiyalarının havanı çirkləndirməsi sözügedən ölkələrin biomüxtəlifliyinə birbaşa təsir göstərəcək. Buna görə də biz BMT-yə bu layihənin dayandırılması və bütün müvafiq standartlara tam əməl olunması tələbi ilə petisiya təqdim etmək niyyətindəyik”, - deyə QHT rəhbəri əlavə edib.
"BMT" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad