Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıblar.
Oxu.Az-ın APA-nın Qarabağ bürosuna istinadən verdiyi xəbərinə görə, təlimlər cəbhənin Ağdam və Tərtər rayonları istiqamətində keçirilir.
Ağır artilleriyadan, iriçaplı silahlardan açılan atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.
N.О.