Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ermənilərin atdığı raketlər İran ərazisinə düşüb - FOTO
Ermənilərin atdığı raketlər İran ərazisinə düşüb.
Raketlərdən biri İranın Şərqi Azərbaycan əyalətinin Heris şəhərinin Ağa Əlilu kəndinə, digəri isə Güney Azərbaycanın Qulubəyli kəndinə düşüb.
"Günaz TV"nin məlumatına görə, İlk hadisə barədə mediaya açıqlama verən Heris şəhərinin fərmandarı Əlirza Xakpur deyib ki, raket oktyabrın 13-də günorta saat 15:00 radələrində Ağa Əlilu kəndinin əkin sahələrinə düşüb:
“Təəssüflər olsun ki, Qarabağ bölgəsində gedən savaşa görə, Ağa Əlilu kəndinə bir raket düşüb. Raketin kəndin əkin sahəsinə düşməsi səbəbilə ölən və yaralanan yoxdur və hazırda məsələ araşdırılır”, - deyə Heris şəhərinin fərmandarı Əlirza Xakpur bəyan edib.
Heris şəhəri Təbrizin şimal-şərq istiqamətinin 70 kilometrliyində yerləşir.
ANT-nin məlumatına görə, erməni silahlılarının atdığı, Güney Azərbaycanın Qulubəyli kəndinə düşmüş digər raket isə yaşlı kişinin xəsarət almasına səbəb olub.
Hazırda həmin ərazidə xilasetmə işləri aparılır.
"İran" teqi üzrə xəbərlər
- "The Washington Post" İrandan qaçan məşhur rejissorun filmini "kinematoqrafik nokaut" adlandırdı
- Təyyarə qəzası ilə əlaqədar Azərbaycanın İrandakı səfirliyində xatirə kitabı açılıb
- Rusiya ilə İran arasında tərəfdaşlıq sazişi imzalanacaq
- İran Aİİ-də müşahidəçi statusu alıb
- İran prezidenti: "Tehran dünya ilə döyüşməli deyil"
Rəylər